“Qarabağ” çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də “Qarabağ”ın əziyyətinə heyfim gəldi.
Bunu Report-a açıqlamasında Azərbaycanın xarici işlər naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Çempionlar Liqasında “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.
“Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdırlar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu “ümid folu” kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdir ki, gərək bu məsələyə diqqətlə yanaşaq.
“Qarabağ”ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, növbəti illərdə “Qarabağ”dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər”, - E.Məmmədyarov deyib.
““Qarabağ”ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədir?” sualına cavab verən nazir bildirib ki, məsələni siyasiləşdirmək lazım deyil:
“Bu, futboldur. Yenə deyirəm: “Qarabağ”ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir”.