Son illər dünyada media nümayəndələrinin qətli çoxalıb.
Bu barədə YUNESKO məlumat yayıb. Verilən informasiyada bildirilir ki, son 11 il ərzində dünyada minə yaxın jurnalist öldürülüb.
“Son 11 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib. Jurnalistlərin demək olar ki, hamısı peşə borcunu yerinə yetirdiyi üçün öldürülüblər. Onlar cəmiyyətə xəbər çatdırdıqları, gizli məlumatları açdıqları, ölkələrindəki məmurların pis əməllərini yaydıqları üçün qətlə yetiriliblər”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, jurnalistlərin ölümü ilə nəticələnən cinayətlərin çoxu cəzasız qalıb: “Çox təəssüf ki, öldürülən 10 jurnalistdən 9-nun qanı hədər gedib”
Məlumatda vurğulanıb ki, 2012-ci ildən bəri ərəb ölkələri jurnalistlər üçün ən təhlükəli regiondur. Bu isə, ilk növbədə, Suriya, İraq və Yəməndə silahlı münaqişələrlə əlaqədardır.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.