Lənkəran rayonunda 5 il əvvəl törədilmiş və bu günlərdə üstü açılmış qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Lent.az-ın məlumatına görə, bacısı Təranə Ağayevanı qətlə yetirdiyini etiraf edən Nərimanabad qəsəbə sakini Fuad Ağayev hadisədən sonra onu axtarmaq üçün jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişə çıxıb. Digər bacısı ilə telekanala müraciət edən F.Ağayev qətlə yetirdiyi bacısının fotosunu nümayiş etdirib və onun tapılması üçün tamaşaçılardan kömək istəyib.
Bildirilir ki, Ağayevlər ailəsinin 10 övladı olub. Onlardan beşi oğlan, beşi isə qızdır. Fuad Ağayev və qətlə yetirdiyi Təranə evin ortancıllarından olub. Təranənin yoxa çıxmasından sonra anası xəstəliyə tutulub və çox keçmədən vəfat edib.
Kənd sakinləri, ailə və Fuad Ağayev barəsində müsbət rəy veriblər.
Maraqlıdır ki, F.Ağayev bacısını öldürüb basdırdığını dediyi yerdən heç bir insan qalığı və əlamətləri aşkarlanmayıb. O, sonradan bacısının meyitini çıxarıb dənizə atdığını desə də, bunu kiminlə etdiyini, hansı avtomobillə qalıqları dənizə apardığını deməyib.
Araşdırmalar davam etdirilir.