Sabirabadın Həşimxanlı kəndində bir ayın içində azyaşlı bacı və qardaş dünyasını dəyişib. Bir ay əvvəl ailənin 2013-cü il təvəllüdlü oğlu, bu gün səhər saatlarında isə 2012-ci il təvəllüdlü qızı Səma Əsədli ölüb.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, uşağın dəqiq ölüm səbəbi ailə üçün də müəmmalıdır:
“Bir ay əvvəl ondan bir yaş balaca qardaşı öldü. Oğlan bronxial-astma xəstəsi idi, daim müalicə olunurdu. O, xəstəlik səbəbindən dünyasını dəyişdi. Bu gün səhər saatlarında isə ailənin 5 yaşlı qızı Səma qəfildən ölüb. Onun heç bir xəstəliyi yox idi. Uşaqların atası nevroloji xəstədir. Bu gün səhər saatlarında o, həkimə gedəndə Səma atasını yola salıb, hətta bəzi şeylər də almasını istəyib. Sonra otaqlardan birində yatıb. Ailə onun oyanmadığını görüb, onu xəstəxanaya aparıb. Ancaq uşaq ölüb”.
Kənd sakinləri bildirib ki, uşağın ölüm səbəbi ekspertizadan sonra bəlli olacaq. Ancaq bir ay içərisində iki övladlarının ölümü ailəni şoka salıb.
Şirvan şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, uşaq xəstəxanaya gətiriləndə artıq ölü olub: “Babası qucağında uşağı xəstəxanaya gətirdi. Ancaq həkimlərin köməyinə ehtiyac yox idi, uşa artıq dünyasını dəyişmişdi. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün uşağın meyiti müayinə üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib”.