Azərbaycanda qolu sınan uşaq xəstəxanada öldü

Azərbaycanda qolu sınan uşaq xəstəxanada öldü Uşaq narkoz verilərək əməliyyata aparılanda keçinib

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

Aztb.info-nun APA-ya istinadla verdiyi məlumata görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Xəstəxanadan məlumat təsdiqlənib.

Oxşar xəbərlər