Ağ Ev İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumu barədə açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Sara Sanders "ABŞ İraq Kürd Muxtariyyətinin ay sonunda planlaşdırdığı referendumu dəstəkləmir. Bu referendum İŞİD-lə mübarizə və azad edilən bölgələrdə sabitliyi pozacaq və diqqət yayındıracaq. Mübahisəli bölgələrdə belə addım atmaq təxribat və sabitliyi pozmaq cəhdidir. Bölgə rəhbərliyi referendumu ləğv etməli və Bağdadla dialoqa başlamalıdır" deyib.
Qeyd edək ki, İraq Kürd Muxtariyyəti iki il fasilədən sonra parlamentdə fəaliyyətini bərpa edib və referendum qərarı barədə səsvermə keçirilib. 111 deputatın olduğu parlamentin iclasında 65 millət vəkili iştirak edib və qərar 8 səs fərqi ilə qəbul edilib.
İraq höküməti isə qərarı qeyri-qanuni hesab edir və referendumun ləğvini tələb edir.