Yanacaqdoldurma məntəqələri yeni fırıldağa əl atıblar.
Xeberle.com Metbuat.az-a istinadən bildirir ki, onlardan bəziləri yanacağın miqdarını artırmaq üçün benzinə maye qaz qatır. Bu da sonradan avtomobildə müxtəlif texniki problemlərin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən texniki ekspert Roman Rüstəmov bildirir ki, benzinə maye qaz qatılması standarta ziddir:
"Yanacaqdoldurma məntəqələri benzinin daha ucuza başa gəlməsi üçün bu addım atırlar. Əslində, benzinə maye qaz qatılmamalıdır. Amma hər yerdə bunu edirlər. Onlar hardasa 1 litr benzinə 200-300 qram maye qaz qatırlar. Benzinin tərkibinə maye qaz qatılan zaman mühərrikin porşeni tədricən sırdan çıxır. Avtomobildə fəsadlar yaradır. Benzinə maye qaz qatıldığını onun iyindən bilmək mümkündür”.