Ötən ay benzinin qiymətinin artmasından sonra əhalinin yanacaqdoldurma məntəqələrindən olan şikayətləri daha da artmağa başlayıb. Belə ki, vətəndaşlar qiymətlərin qalxması bəs deyilmiş kimi yanacağın keyfiyyətinin də aşağı olmasından şikayət edirlər.
Sürücülərin sözlərinə görə, məntəqələrdə benzinə qaz qatılır, 20 AZN-lik benzin vurulmasını istəyən sürücünün maşınına 20 litrlik benzin vurulur və s. Problemlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
Ekspert "Qaynarinfo"ya açıqlamasında bildirdi ki, bu kimi şikayətlərlə onlar da tez-tez qarşılaşır:
"Bizə də benzinin keyfiyyətsiz olması, az vurulması, yanacaq dolduran şlanqların içərisində 3-4 litrə qədər benzin qalması və s. şikayətlər gəlir. Çox təəssüf ki, bu sahədə ümumiyyətlə şəffaflıq yoxdur. İstehlakçılar öz hüquqlarını müdafiə edə bilmirlər. Haqqını tələb etmək üçün istehsalçını tapa bilmirlər. Yanacaqdoldurma məntəqələrində açıq şəkildə qoyulmuş menzurka olmalıdır. Vətəndaş bu yolla yanacağın miqdarını müəyyənləşdirə bilməlidir. Hazırda yanacaqdoldurma məntəqələrində benzin qablarının dibində nə qədər su, nə qədər çirkli yanacaq var. Buna görə də tez-tez maşının injektorunun xarab olması ilə bağlı şikayətlərimiz olur. Problemin həllinə nəzər salsaq, görərik ki, ölkədə effektli istehlak siyasətini, istehlakçıların aldığı məhsula zəmanəti təmin edən, hüquqlarını qoruyan heç bir qanun yoxdur. Çox təəssüf ki, ölkədə yalnız biznesə, istehlakçını soymağa xidmət edən qanunlar möhkəmləndirilir. Buna görə də Azad İstehlakçılar Birliyi bu məsələyə aydınlıq gətirə bilmir".