AZƏR ASLANOVA GÖSTƏRILƏN ETIMADI LAYİQİNCƏ DOĞRULTMAĞA ÇALIŞIR

AZƏR ASLANOVA GÖSTƏRILƏN ETIMADI LAYİQİNCƏ DOĞRULTMAĞA ÇALIŞIR İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, işində yorulmaz şəxs, nümunəvi rəhbər. Bu şəxs kimidir? Bu şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn şəxslərə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Azər Aslanov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hər zaman əlindən gələni əsirgəmir.

AZƏR ASLANOVA - Dövlət Ekspertiza İdarəsinə ümumilikdə 6423 müraciət daxil olub. İl ərzində idarədən çıxan rəy, məktub və müraciətlərin sayı 4862 təşkil edib. Daxil olmuş müraciətlər müvafiq qaydada baxılaraq cavablandırılıb. Daxil olmuş sənədlərin bir hissəsi məlumat xarakterli və icra tələb etməyən müraciət qaydasında olduğundan onlar işə alınıb.

Təqdim olunmuş müraciətlərin böyük əksəriyyəti Respublikada həyata keçirilən tikinti quruculuq, neft-qaz, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti sahələri, təbii ehtiyatlardan istifadə, yaşıllıqlarla əlaqədar rəylərin bildirilməsi və s., o cümlədən sahibkarlıq fəaliyyəti sahələri ilə əlaqədar olub.

Respublikada həyata keçirilən tikinti-quraşdırma, neft-qaz sənayesi, istehsalat və xidmət obyektlərinin tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 890-dan çox texniki-layihə sənədlərinə baxılaraq müvafiq rəylər verilib.

Aidiyyəti üzrə sahə layihə institutları tərəfindən tərtib olunaraq təqdim olunmuş 23 ekoloji-normativ sənəd baxılaraq razılaşdırılıb. “Ətraf mühitə təsirlərin qiymətləndirilməsi haqqında” Qanun layihəsi üzrə aidiyyəti nazirliklərlə müzakirələr yekunlaşdırılaraq sənəd Nazirlər Kabinetinə təqdim olunub. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq “Yaşıllıqların götürülməsi Qaydası” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi təmin olunub. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə əlaqədar olaraq “İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü”, Toksiki istehsalat tullantılarının “utilizasiyası” və “zərərsizləşdirilməsi” fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə əlavə şərtlər hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilib.


Azər Aslanovun gördüyü işlərin siyahısına nəzər salanda isə rayondada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Azər Aslanov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..


Oxşar xəbərlər