Qafil Baxşıyev yüksək insanlığı ilə seçilən bir insan və Şəmkir Rayon Məhkəməsinin sədridir!

Qafil Baxşıyev yüksək insanlığı ilə seçilən bir insan və Şəmkir Rayon Məhkəməsinin sədridir! Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Azərbaycan Respublikasının bütün hakimləri işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim eyni dərəcədə məsuldur.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, işində yorulmaz rəhbər, nümunəvi məhkəmə sədri. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Şəmkir Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Qafil müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

1993-Bakı Dövlət Universiteti. Hüquq fakültəsini bitirib

İŞ TƏCRÜBƏSİ

1991 - 1994 Ali Məhkəmədə Rəyasət Heyətinin məsul katibi
1994 - 1998 Ali Məhkəmədə Vətəndaşlara hüquqi kömək və onların qəbulu şöbəsində baş məsləhətçi
1998 - 2000 Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi
2000 - 2007 Sumqayıt Şəhər Məhkəməsinin hakimi
2007 - h/h Şəmkir Rayon Məhkəməsinin sədri


Qafil Baxşıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur.

Şəmkir Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Qafil Baxşıyev yüksək insanlığı ilə seçilən bir insan və Şəmkir Rayon Məhkəməsinin sədridir!


Oxşar xəbərlər