Fransada terror həyəcanı

Fransada terror həyəcanı Fransanın İspaniya ilə sərhəddə yaxın ərazisi olan Nimesdə terror ehtimalına görə qatar stansiyası boşaldılıb.

Nimes sürətli qatar stansiyasının ətrafında silahlı qarşıdurma yaşanıb.

Parisdən Nimesə gedən qatarda 3 şübhəlinin olması xəbərindən sonra qatar və stansiya boşaldılıb, səfərlər təxirə salınıb.

Fransa mətbuatı 1 nəfərin həbs edildiyi barədə məlumat yayıb.

Bölgə rəsmiləri vətəndaşları stansiya ətrafından uzaq durmağa çağırıb.

Oxşar xəbərlər