Natavan Həbibi toyu öncəsi özündən çıxdı: "Onlar özlərini tanımır"

Natavan Həbibi toyu öncəsi özündən çıxdı: Müğənni Natavan Həbibi reklam xatirinə reper Dado Əliyevə (Səid) ərə getməsi xəbərlərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Lider maqazin"ə açıqlamasında bu söz-söhbətin onu çox əsəbiləşdirdiyini deyib:

"Natavanın həyatına, seçiminə heç kim müdaxilə edə bilməz. Ağlıma da şübhə ilə yanaşmasınlar. Mənim addımıma reklam kimi baxanlar özünü tanımayan insanlardır. Reklam olunası adam çox olub, lazım olsa onlarla edərdim. Gülməli söhbətlərdir. Özümü aldadan insanlardan deyiləm. Bu cür həyatda özümü görmürəm.

Sənət uğrunda hansısa reklam fikirləşmərəm, həyatımda dəyişikliklər etmərəm. Bu sənət mənim üçün heç nədir. Musiqi mənim dünyamdır. Amma şou-biznes mənim üçün sıfırdır, onun naminə heç bir addım atmaram. Reklam üçün ailə qurmaram.

Səidəmi qaldı reklam? Səid qonşum deyil. Bir insanın həyatında dəyişikliklər edirəmsə, nə xoş mənə. Mən də xoşbəxtəm. Səid məni artıq xoşbəxt edib".

Qeyd edək ki, cütlüyün toyu sabahdır.

Oxşar xəbərlər