Rusiya və Ermənistan təhlükəsizlik xidmətləri bir araya gəlib
“İran Qarabağa hücum etmək istəyir”. Erməni KİV-lərinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İrandan sərhəd pozucularının Dağlıq Qarabağa sərhəd müdaxiləsi cəhdlərinin qarşısının alınması üzrə birgə təlimləri barədə məlumatlarını yalnız belə adlandırmaq olar.
Bu məlumdur ki, artıq uzun illərdir Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Maraqlısı da budur ki, bütün dünya ölkələri, o cümlədən Ermənistan da daxil olmaqla Kreml heç cür uydurma Dağlıq Qarabağ Respublikasını tanımaq istəmir.
Həm də bəllidir ki, Azərbaycanın bu regionu nə İranla, nə Rusiya ilə, nə də Ermənistanla heç bir sərhəddə malik deyil. Bu təlimlərin bütün ssenarisini İrəvanda düşünüblər. Orada hansısa yolla çalışırlar ki, Qarabağın adı Rusiya və Ermənistanla birlikdə çəkilsin.
Dünyanın hansısa ölkəsində hansısa evin və ya küçənin sakinləri Dağlıq Qarabağın müstəqilliyini tanıyanda Ermənistan paytaxtında çox sevinirlər. Dərhal hökumətə yaxın ekspertlər, politoloqlar şişirdirlər ki, ikinci erməni dövlətinin tanınması ilə bağlı hansısa mikroaddım atılıb. Son zamanlarda erməni rəhbərliyi belə xəbərlə özünü sevindirə bilmir. Buna görə də İrəvan rejimi təlim adlandırdığı bu oyunu düşünüb ki, Qarabağın adı ilə Ermənistanı və Rusiyanı bir araya gətirsinlər.
Görəsən, İranda bilirlərmi ki, onlar Qarabağa güclü hücum hazırlayırlar?
Mais Məmmədov, əməkdar jurnalist