Dost ölkədə dəhşətli faciə: 123 ölü, 40 yaralı

Dost ölkədə dəhşətli faciə: 123 ölü, 40 yaralı Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı 120-dən çox insan həlak olub.
Publika.az xəbər verir ki, yanğın Pəncab əyalətində baş verib. Yanğın nəticəsində 123 nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı bildirilir. Onlardan bəzilərinin vəziyyəti olduqca ağırdır.
Yerli KİV-lərin yaydığı məlumata görə, insanlar benzin almaq üçün növbəyə düzülüblərmiş. İçlərində bir neçə nəfər siqaret çəkirmiş. İlkin ehtimala görə, hadisə bu üzdən baş verib.
Pakistanın təhlükəsizlik qüvvələri isə hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb.

Oxşar xəbərlər