Zaqatalada diş poliklinikasının binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının şəhərin C. Cabbarlı küçəsində yerləşən diş poliklinikasının inzibati binasına girişdə yerləşdirilmiş elektrik şitində yanğın baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək binaya keçməsinin qarşısı dərhal alınıb. Nəticədə elektrik şiti yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.