Dostları ilə evə gəldi, arvadını məşuqla tutdu - VİDEO - FOTO +18

Dostları ilə evə gəldi, arvadını məşuqla tutdu - VİDEO - FOTO +18 Əxlaqsız küçə qadını! Səninlə yaşadığım illərə tüpürürəm! Axı niyə belə etdin?!
Bunu deyən ər çarpayıya çıxaraq arvadını təpikləməyə başlayıb. Onun arvadı isə məşuquna sarılmışdı. Qadın əsəbindən çılğına dönmüş ərinin qəzəbini görərək məşuqunun öldürülməsinə imkan vermək istəmirdi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin cənubundakı Quandun vilayətində yaşanıb.

29 yaşlı Yu Szı işi ilə əlaqədər olaraq paytaxt Pekinə yollanmışdı. Lakin təyyarənin uçuşu təxirə salındığından o, evə qayıdaraq unutduğu fotokamerasını götürmək qərarına gəlib.

Üç dostu ilə evə yollanan Yu Szı qapını açır və mənzilə daxil olanda yataq otağından gələn səsləri eşidir.

Yu yataq otağına girəndə arvadını məşuqu ilə çarpayıda, yarıçılpaq, bir-birlərinə sarılmış vəziyyətdə görür.

Yu Szı arvadı Min Çjaonu və məşuqunu döyməyə başlayır.

"Səni öldürəcəyəm!" deyərək məşuqun üstünə atılanda isə Min Çjao məşuqunu qucaqlayaraq onu qorumağa çalışıb.

Belədə Yunun dostları da hay-küyə gəliblər və nə baş verdiyini anlayıblar.

Onlar Min Çjaonun məşuqunu amansızlıqla döyüblər.

Polis olayı araşdırır.



Oxşar xəbərlər