Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Artıq ölkəmizdə 24-cü sərgi keçirilir. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır”.
İlham Əliyev vurğulayıb ki, sərgiyə maraq azalmır, əksinə, artır: “Burada qeyd olundu ki, 300-ə yaxın şirkət bu sərgidə iştirak edir. Tam əminəm ki, builki sərgi də uğurlu olacaqdır. Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtdırmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc, müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycanla 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
1-ci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilib”.
Prezident bu əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qurulduğunu bildirib:
“Həm dövlət, həm də sərmayədarlar öz mənfəətini götürür. Beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir. Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft ölkəsidir, ilk neft 1846-cı ildə çıxarılıb:
“Yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərində mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat hasil edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb və bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində ilk neft quyusunda neft çıxarılmışdır. Bu il biz bu əlamətdar hadisəni qeyd etmək üçün o ərazidə həmin köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün də bu sahə çox böyük maraq doğuracaq. Eyni zamanda keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda Xəzər dənizində çıxarılıb. Bu mənada demək olar ki, dənizdə neft hasilatının vətəni də Azərbaycandır, Xəzər dənizidir”.
İlham Əliyev deyib ki, neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edib və II Dünya müharibəsində Azərbaycan neftçilərinin faşizm üzərində qələbəyə töhfəsi əvəzolunmazdır: “Yanacağın 70-80 faizi Azərbaycan neftçiləri tərəfindən təmin edilmişdir. Əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi”.
Prezident bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət almışdır: “Bir çox önəmli layihələr icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft hasilatı, qaz hasilatı kəskin aşağı düşmüşdü, Azərbaycan dinamik inkişaf templərini demək olar ki itirdi. Eyni zamanda, vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakı və Abşeron yarımadasının böyük bir əraziləri neftlə çirklənmişdi. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir, o cümlədən, məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilibdir.
Bax, belə bir vəziyyətdə Azərbaycan müstəqilliyə yaxınlaşdı və əlbəttə ki, dünya üçün öz cəlbediciliyini itirmişdi. Əgər biz müstəqilliyin ilk illərində yaşanan böhranı – hərc-mərclik, xaos, anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi, erməni işğalını da əlavə etsək, əlbəttə ki, bütün bu amillər Azərbaycanı xarici investorlar üçün çox riskli, təhlükəli bir ölkəyə çevirmişdi. Belə olan halda bizim yeganə inkişaf yolumuz xarici investorları cəlb etməkdən ibarət idi və xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə bir daha öz müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
İlham Əliyev qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır, bir neçə il ərzində tam sabitlik bərpa olunmuşdur və Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır:
“Ancaq o vaxt iqtisadiyyat demək olar ki dağılmışdı, inflyasiya min faizdən çox idi, sənaye istehsalı demək olar ki dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Və aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici və daxili siyasətimiz var, bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi öz səsimizi bütün tribunalardan ucalda bilirik, öz mövqeyimizi müdafiə edə bilirik.
O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi. Pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Belə olan halda Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün qarşısında canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişdi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bilmişdi”.
Azərbaycan Prezidenti vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir: “Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar qoyulmazdı. “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” icra edilə bilməzdi. Nəqliyyat layihələrinə, bu gün reallaşan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsinə heç kim vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyard dollara yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə də “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var.
Bu kontraktın uğurla icra edilməsi bizə imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bizim bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Biz bütün bu işləri düşünülmüş siyasət nəticəsində görə bildik. Əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə irəli apara bilmişik”.