Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimovdur.
-Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
-Ağababa İbrahimov yüksək insanlığı ilə seçilən bir insan və Astara Pedaqoji Kollecinin direktorudur!
-Ağababa İbrahimov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ağababa İbrahimov Astara Pedaqoji Kollecinin direktoru fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
Ona etibar edilən bütün postlarda Ağababa İbrahimov özünü doğruldub. Bizdə hörmətli Ağababa İbrahimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
***
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[3]
Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
Texnologiya müəllimliyi;
İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
Təsviri incəsənət müəllimliyi;
İbtidai sinif müəllimliyi;
Ailə və ev təhsili;
Məktəbəqədər təlim və tərbiyə;
İnstrumental ifaçılıq (alətlər üzrə);
Musiqi nəzəriyyəsi;
Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
Bədən tərbiyəsi və idman.