Ağakişi Alıyev hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə idarəçilik qabiliyyəti ilə qurub

Ağakişi Alıyev hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə idarəçilik qabiliyyəti ilə qurub Ağakişi Alıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevdir.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən rəisdir.

Ağakişi Alıyev bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Ağakişi Alıyev hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə idarəçilik qabiliyyəti ilə qurub.

… Ağakişi Alıyev ona qarşı ən qərəzli media orqanı belə şəxsi mülki şəkillərini dərc etməyib və etməyəcək də

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi (bundan sonra - Dövlət Müfəttişliyi) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin (bundan sonra – kənd təsərrüfatı texnikası) dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.


Oxşar xəbərlər