Alqış Səfərov: Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir

Alqış Səfərov:  Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs kimidir? Bu şəxs Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının rəhbəri Alqış Səfərovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Alqış Səfərov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Alqış Səfərov yüksək insanlığı ilə seçilən bir insan və Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının rəhbəridir!

Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının rəhbəri Alqış Səfərov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.


****

Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir

Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında yaradılıb. Bu müəssisə universitet nəzdində açılan ilk klinikadır. Stomatoloji Klinika ərazisi 5.040 kv.m olan 4 mərtəbəli binada yerləşir. Bina 138 kabinetdən və 3 geniş monitorlarla təchiz olunmuş mühazirə zalından ibarətdir. Klinikanın əsas fəaliyyət istiqaməti - yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaqdır. Klinika tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla yanaşı, həm də əhalini yüksək ixtisaslı stomatoloji xidmətlə təmin edir.

Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Ümumilikdə klinika 6 kafedradan və 9 şöbədən ibarətdir: Terapevtik stomatologiya, Ortopedik stomatologiya, Uşaq stomatologiyası, Ümumi stomatologiya, Ağız və üz-çənə cərrahiyyəsi kafedraları və Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının bir hissəsi. Şöbələrə gəlincə, burada terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya və rentgen implantologiya şöbələri, fizioterapiya kabineti, rentgen diaqnostika-tədris kabineti, laboratoriyalar yerləşir.

Bu gün Klinika müasir stomatologiyanın bütün nailiyyətlərini özündə əks etdirir: tədris və həkim kabinetləri 129 ədəd Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə və s. Istehsal olunmuş ən müasir diaqnostika-müalicə avadanlıqları və ləvazimatlarla təchiz olunub.Sterilizasiya sistemi köklü dəyişərək, avtoklavlaşdırma sisteminə keçib.

2011-ci ildə Klinikanın rentgen-diaqnostika şöbəsi universitet tərəfindən Yaponiyanın «Maritta» firmasının modern rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub və bu şöbədə toplanan məlumat əsasında tələbələr və həkimlər üçün kompüterlə təchiz olunmuş tədris rentgen-diaqnostika kabineti açılıb.
Beynəlxalq tibbi təhsil qaydalarına uyğun olaraq, həkim-stomatoloq hazırlığı məqsədilə Klinikada həmçinin tələbələr üçün yeni “Stomatoloji Tədris Mərkəzi” istifadəyə verilib. Bu mərkəzdə 20 stomatoloji qurğu yerləşən klinik zal, 2 fantom kabineti, sterilizasiya otağı və s. yerləşir.
Klinikada 260-dan çox professor-müəllim heyəti, həkim-stomatoloqlar və köməkçi personal işləyir. Onlardan 8 nəfər tibb elmləri doktoru-professor, 2 nəfər tibb elmləri doktoru, 32 nəfəri dosent, 63 nəfəri isə tibb üzrə fəlsəfə doktorudur.

Bir sözlə, ATU-nun Stomatoloji Klinikası müasir maddi-texniki bazası olan bir müəssisədir. Bu klinikanın açılması isə Azərbaycan dövlətinin insanların sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.


Alqış Səfərov:  Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir
Alqış Səfərov:  Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir
Alqış Səfərov:  Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir
Alqış Səfərov:  Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir

Oxşar xəbərlər