Mərkəzi Neftçilər Xəstəxanası etibarlı əllərdədir - Leyla Seyidbəyova

Mərkəzi Neftçilər Xəstəxanası etibarlı əllərdədir - Leyla Seyidbəyova Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.
Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr - Konsultativ Poliklinika, Təcili tibbi yardım xidməti, Ürək və damar xəstəlikləri şöbəsi, Cərrahiyyə və orqan, transplantasiyası şöbəsi, Urologiya şöbəsi, Ginekoloji şöbə, Doğum şöbəsi, Otorinolarinqoloji şöbə, Oftalmoloji şöbə, Terapiya şöbəsi, Sənaye təbabəti xidməti, Fizioterapiya və tibbi bərpa şöbəsi, Hemodializ şöbəsi, Əməliyyat bloku, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi, Şüa diaqnostika şöbəsi, Laboratoriya, Qan köçürmə şöbəsi fəaliyyət göstərir.

Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər.
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova

Oxşar xəbərlər