Fələstinin İordan çayının Qərb sahilindəki torpaqları üzrə baş hakimi Mahmud əl-Habbaş bütün Ramazan ayı boyunca məhkəmələrdə hər hansı bir ailənin boşanmasının qeydə alınmaması haqda göstəriş verib
Moderator.az xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” nəşri yazıb. Hakim qərarını ötən illərin təcrübəsi ilə izah edib. Onun fikrincə, insanlar oruc olmaları, siqaret çəkə bilməmələri səbəbindən bəzən emosiyalara qapılaraq tələsik və ölçülüb-biçilməmş qərarlar verirlər. Bu da boş yerə ailələrin dağılmasına gətirib çıxarır.
Xəbərdə xatırladılır ki, sözügedən qərar “HAMAS” hərəkatının idarəçiliyində olan Qəzza Sektoruna aid deyil.