"Beynəxlaq Bank ətrafında baş verənlər bu gün böyük narahatlıq yaradır
Cahangir Hacıyev məhkəmədə çox məsələlər dedi, gərək bunların üzərinə gedib ölkənin talan olunmasında əli olan korrupsionerlər ifşa olunmalıdır".
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Cahangir Hacıyev müxtəlif üsullara əl ataraq siyasi mühbus olmaq istəyir:
"Cahangir Hacıyıyev çapıb-talayıb daha sonra həbs həyatı yaşayıb çıxacaq. Bəs o pulların aqibəti necə olacaq ? Hacıyev artıq satqın müxalifətlə əlaqələrə quraraq siyasi məhbus olmaq da istəyir. Bankın bu cür müflisləşməsi xalqın müflis olması deməkdir. Bu gün bizə kredit vermirlər, amma dəxlisiz şəxslərin adına milyonlarla pul rəsmiləşdirilib. Sahibkar tanıyıram ki, dövlətə milyonlarla pul borcludur. Onlar pulu götrüb gediblər xaricə, xalqın pulunu talayıblar. Biz isə bu pulları özümüz ödəməliyik. Pulun böyük bir hissəsi də Kənd Təsərüfatı Nazirliynə ayrılıb. Gəlin biz faktlara, nəticələrə baxaq. O ayrılan pullar hara gedib ? Bu yaxınlarda məlum olduğu kimi həmin pullara Londonda dəbdəbəli imarətlər, bahalı maşınlar alınıb. Heydər Əsədovun oğlu London küçələrində at oynadır. Kənd təsərüfatının inkişafına 1 manat qoyulmayıb. Çıxın bazara, 5 manat olan əti indi vətəndaşa 12 manata satırlar. Hanı bu inkişaf? O ət də Allah bilir nə ətidir. Demək olar ki, hər həftə mətbuatda informasiya yayılır ki, xalqa uzunqulaq əti satan dəstə ifşa olunub. Bütün bunların arxasında Heydər Əsədovun ət mafiyası dayanıb. Əsədovun oğlu Londonda Anar Məmmədovla birləşərək Anti İlham Əliyev koalisiyasına qoşulublar. Avropada ölkəmizə qarşı kampaniyalar aparırlar. Bu şəxslər ifşa olunmalı, həbs olunmalıdırlar. Ölkəni talan edən məmurların ailəsi ilə maraqlanın. Hansının övladı, arvadı buradadır? Hamısı xaricdə kefdə-damaqdadılar, Azərbaycanı bəyənmirlər. Amma onlar bilməlidir ki, xalqın pulunu yeyən istənilən şəxs buna görə cavab verməli olacaq, sadəcə olaraq bunun geci-tezi var. Darıxmasınlar, növbə onlara da çatacaq, mən Hafiz Hacıyev nə dediyimi çox gözəl bilirəm". (Moderator.az)