Azərbaycanın müasir siyasətində Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev aparıcı rol oynayır. MMP sədrinin çıxışları, tənqid və təklifləri, hökumətə sərt iradları onu reytinqli liderlərdən birinə çevrilib.
H.Hacıyev bütün həqiqətləri çılpaqlığı ilə hakimiyyətin üzünə vurur. Onun ölkənin milli maraqlarından, dövlətçilik mövqeyindən çıxışları xalq tərəfindən dəstəklənir.
Bundan əlavə, iqtisadi siyasət haqda tənqidləri, məmur-oliqarxiyanın xalqın sərvətlərini çapıb-talamasını açıq şəkildə bəyan etməsi göz qabağındadır. Baxmayaraq ki, H.Hacıyevə bu müxalif mövqeyinə görə təhdidlər davam edir.
Lakin xalqın ağır günündə onun müdafiəsinə qalxan, əhalinin işsizliyi, yoxsulluğu barədə sərt çıxışlar edən MMP sədri geri çəkilmək niyyətindən uzaqdır. Son aylarda bu fəaliyyəti və çıxışları da partiya sıralarının genişlənməsi ilə müşahidə olunur.
MMP-yə üzv olanların sayı durmadan artır və partiya ölkənin aparıcı müxalifət təşkilatı kimi populyarlıq qazanıb. Bu, həm də H.Hacıyevin hökumətdə təmsil olunması üçün bir nümunəvi faktdır.
Ölkənin milyardlarını talayan, büdcəsini tar-mar edən dövlət məmurlarının yerinə H.Hacıyev kimi peşəkar, təcrübəli və vətənpərvər siyasətçilər istənilən postda vicdanla xidmət göstərə bilər.
Politika.Az-ın məlumatına görə, H.Hacıyev dəfələrlə hökumətə islahatlar paketi təqdim edib.
Prezident İlham Əliyevi dəstəklədiyini və bu komanda ilə reformaların mümkün olmadığını, bəzi kadrların istefaya göndərilməsinin vaxibliyini vurğulayıb.
Bu çıxışları ölkənin siyasi həyatında olan heç bir siyasi partiya sədri açıq şəkildə söyləmir. Bu gün siyasi arenada olan qüvvələrin əksəriyyəti susmağa üstünlük verir. MMP sədrinin isə özünü odun-alovun qabağına verməsi göz qabağındadır.
Mətbuatda H.Hacıyev kimi bütün məmurlara qənim kəsilmiş ikinci partiya sədrinə rast gəlmək olmaz. Ona tənqidlərinə görə təzyiqlər olsa da, MMP sədri fikrindən geri dönmür. H.Hacıyev son dövrlər elə açıqlamalar verir ki, ən radikal müxalif siyasətçi belə dilinə gətirmir.
Ölkənin iqtisadi vəziyyəti, aqrar sektoru, bank sahəsi, maliyyə sektoru, siyasi gündəmi barədə danışan H.Hacıyev həqiqətləri solaxaya şillə kimi endirir, məmurları ad çəkərək, açıq şəkildə tənqid və ittiham edir.
Media səhifələrinə, onlayn mətbuata qısa nəzər yetirməklə aydın olur ki, Hafiz Hacıyev kimi məmurlara korrupsioner, rüşvətxor deyən siyasətçi yoxdur.