Bu ilki ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri imtahanların tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu
Sözügedən məqam təhsil ekspertlərinin diqqətini çəksə də, onlar keçirilməmiş dərs proqramlarının test suallarına daxil edilməyəciyini düşünürdülər. Lakin Dövlət İmtahan Mərkəzi analoqu olmayan "yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu.
Məsələ ilə bağlı bakipost.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, qəbul imtahanındakı test tapşırıqları arasında şagirdlərin orta məktəbdə hələ keçmədikləri dərslərdən də suallar var idi: "Qəbul imtahanları tədris ili başa çatmadan, aprel ayının sonu, may ayının əvvəlində baş tutdu. Təhsil adamları düşünürdü ki, bu zaman qəbul imtahanlarında istifadə olunacaq test tapşırıqları şagirdlərin orta məktəblərdə keçdikləri dərslərə qədər düşəcək. Ancaq geridə qalmış qəbul imtahanları göstərdi ki, Dövlət İmtahan Mərkəzi bu ehtimalları doğrultmadı. Belə ki, cari ildə keçirilən qəbul imtahanlarında bütün ixtisas quruplarına daxil olan fənlərdə istifadə olunmuş test tapşırıqlarının azı ikisi indiyə qədər keçirilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır. Belə olan halda çox maraqlı bir vəziyyət yaranır.
Bildiyiniz kimi, bu il 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. Əlbəttə abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil”.
Kamran Əsədov bildirib ki, eyni zamanda Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir.
Təhsil eksperti onu da əlavə edib ki, ümumiyyətlə, qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr nə Dövlət İmtahan Mərkəzinin, nə də orta məktəblərin uğurudur: "Bu repetitor müəllimlərinin əziyyətinin nəticəsidir. Bu da valideyn və şagirdlərə öz vəsaitləri hesabına başa gəlib”.