Qarabağın ürəyi olan qədim şəhərimizin işğalından bu gün 25 il ötür; Şuşa öz halal sahibinə qayıtmayınca, Dağlıq Qarabağ davası bitmiş sayılmayacaq; rusiyalı keçmiş vasitəçinin Pol Qobl sayağı həll variantı reallaşa bilməz, çünki...
Bu gün - mayın 8-i Azərbaycanın mədəni incisi, qədim şəhərimiz Şuşanın işğalından 25 il ötür. Düz 25 il öncə bu əzəli və tarixi türk yurdu xəyanət nəticəsində düşmənin nəzarətinə keçdi. Və düz 25 ildir Azərbaycan Şuşasız, Şuşa da Azərbaycansızdır.
Şuşanın işğalı bizdən ötrü xüsusilə ona görə ağrılıdır ki, öz mühüm strateji mövqeyi səbəbindən onun düşmən əlinə keçməsi ilə nəinki Dağlıq Qarabağın, həmçinin daha 7 rayonun işğalına yol açılmış oldu. Bu mənada işğal altındakı ərazilərimizin sırasında sözsüz ki, Şuşa başda gəlir.
Demək, Dağlıq Qarabağın qurtuluşu da, bütövlükdə Qarabağ məsələsi də yalnız Şuşanın azad olunması ilə başa çatacaq, yekunlaşacaq. Necə deyərlər, Şuşadan başlayan böyük işğal Şuşada da tamamlanacaq. Nə qədər ki, bu, baş verməyib, nə qədər ki, Şuşa əsirlikdədir, hətta başqa bütün ərazilər azad edilsə belə, Dağlıq Qarabağ azad olunmamış sayılacaq.
Erməni şübhəsiz, yaxşı bilir ki, Şuşanın ona dəxli yoxdur. Düşmən bu qədim şəhərimizi dəridən-qabıqdan çıxıb erməniləşdirməyə çalışsa da, onun ərazisində “qədim erməni atributları” basdırıb-tapsa da, Şuşanın gerçək sahibinin kim olduğunun fərqindədir. Fərqində olduğu üçün də şəhəri ermənilərlə məskunlaşdırmayıb, bunu sadəcə bacarmayıb, çünki ermənilər ora kütləvi şəkildə köç etməkdən imtina edib, hətta Suriya erməniləri də buna razılıq verməyiblər - buranın əsl yiyəsinin gec-tez geri dönəciyinə inandıqları üçün.
Şuşanın, qədim Qarabağ torpaqlarının əsl sahibi - Azərbaycan isə hələ ki problemin dinc danışıqlarla yoluna qoyulması imkanlarının tükənmədiyinə inanır, böyük qanların tökülməsinə ehtiyac görmür. Hələ ki.
Bu, əslinə qalsa, işğalçıya böyük bir şans, fürsətdir ki, o, nəhayət, ağla gəlib daşı ətəyindən töksün və yad torpaqları tərk eləsin. Eyni zamanda ciddiyə alsın ki, vaxt limiti, səbir kasası artıq dolub. Azərbaycan hələ ki bir əlində “sülh göyərçini” tutub. Amma onun digər əlində “çomaq”dır. Yəni işğalçı hər an hərbi yolla da cəzalandırıla bilər. Gerisayım artıq başlayıb.
Artıq 30 ilə yaxınlaşan Qarabağ münaqişəsinin mümkün həll variantları isə ən müxtəlif ekspertlər səviyyəsində vaxtaşırı diqqət mərkəzinə gəlməkdədir. Bu xüsusda Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov Ermənistanın arm.info portalına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsinə ilə bağlı səsləndirdiyi fikirlər maraq doğurur.
Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər (virtualaz.org). “Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq” - Trubnikov iddia edib.
Rusiyanın Qarabağ üzrə mövqeyini şərh edən keçmiş vasitəçi daha sonra bildirib: “Rusiyanın mövqeyi bəllidir - Dağlıq Qarabağda qalib və məğlub olmamalıdır. Bütün bunlar, üçüncü tərəf də daxil olmaqla, hamı üçün pis bitəcək. Qarabağla bağlı münaqişəyə nöqtə qoymayacaq həllin iştirakçısı olmaq düzgün deyil və olmaz. Güzəştin olmadığı, qisas üçün imkanların qaldığı yerdə yekun razılaşma mümkün deyil. Bu, yalnız müvəqqəti saziş olacaq. Buna görə də, Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır”.
Münaqişənin hərbi yolla həlli barədə sualı cavablandıran eks-diplomat deyib: “Məncə, Bakıda, İrəvanda və Stepanakertdə (Xankəndində - red.) hazırkı rəhbərlər siyasi cəhətdən kifayət qədər savadlı və uzaqgörəndirlər, anlayırlar ki, birtərəfli həll çətin ki, mümkün olsun. Düşünürəm ki, münaqişənin belə həllinin nəzəri cəhətdən imkanları mövcuddur və bu qalmaqdadır. Əlbəttə ki, qızğın başlar da tapılacaq. Bu müharibə hər iki tərəfi məhv edəcək, qalib olmayacaq. Sözün əsl mənasında, qazanılacaq da bir şey yoxdur, sadəcə olaraq, bir-birini torpaqdan qovmaq və məhv etmək lazımdır. Milləti, dini və mədəniyyəti məhv etmək lazım gələcək. XXI əsrdə isə bu mümkün deyil”.
Keçmiş rusiyalı həmsədrin sözlərinə görə, indiki vəziyyətə görə üstünlük Azərbaycan tərəfdədir: “Azərbaycan inkişaf edir və möhkəmlənir, ümumilikdə, pis deyil. Əlbəttə ki, neft və qaz Azərbaycana imkan yaradır ki, sırf maddi, texniki və iqtisadi cəhətdən tərəqqi etsin”.
Əslində sabiq həmsədrin söylədiyi yeni məsələ deyil. Vaxtilə amerikalı jurnalist və analitik Pol Qobl da problemin həlli üçün ərazi mübadiləsi prinsıpini irəli sürmüşdü. 2000-ci illərin əvvəllərinə təsadüf edən bu plan hətta ozamankı prezidentlər - Heydər Əliyev və Robert Köçəryan arasında müzakirə predmeti olmuşdu.
Lakin rəsmi İrəvan buna getmədi. Bir səbəb yəqin o idi ki, ərazi mübadiləsi nəticəsində Ermənistanın İranla sərhədi itə bilərdi. Ərazi mübadiləsi variantı habelə Şuşanın əbədiyyən ermənilərdə qalmasını ehtiva etdiyindən, Azərbaycanı da qane edə bilməzdi və buna razılıq verilmədi də.
Bir şeyi əminliklə qeyd eləmək olar və rusiyalı sabiq həmsədr də buna toxundu ki, Qarabağa dair yalnız ədalətli anlaşma daimi ola, bütün tərəflərin sıxıntılarına son qoya bilər. Əks halda, gerçəkdən də, söhbət yalnızca müvəqqəti sazişdən, müvəqqəti sülhdən, müvəqqəti atəşkəsdən gedəcək.
Ədalətli sülh isə - Şuşanın, Qarabağın Azərbaycanın tərkibində olması deməkdir, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından vaz keçməsi deməkdir. Bu, olmayacaqsa, tək bir alternativ qalacaq - müharibə. 25 illik Şuşasızlığın əsas dərsi və xəbərdarlığı da budur. Keşkə, bunu öncəliklə işğalçı tərəf anlayaydı. Həm də tez...