Azərbaycana gələn turistlər arasında emissarların olduğu barədə şübhələr var. Bəzi mənbələr iddia edirlər ki, ərəb ölkələrindən turist adı ilə gələnlərin içərisində təbliğatçılar yer alır
Ulus.Az-ın verdiyi məlumata görə, bir müddət əvvəl QMİ sədri Allahşükür Paşazadənin verdiyi bəyanat təsdiqini tapmaqdadır.
Artıq deputatlar da diqqətli olmağa çağırış edir. Şeyx bildirmişdi ki, ərəb ölkələrindən gələnlər arasında radikal dini təriqətlər təbliğ edənlər var.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil:
“Bu gün dünyada nələr baş verdiyini hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır. Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir.
Bundan başqa, turist adı ilə gəlib 5 nəfər, 10 nəfər birlikdə mənzil kirayələyib qalırlar. Orada nə niyyətlə, necə qalırlar, kimsə bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.
S. Novruzov bildirib ki, 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik.
Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq.
Ulus.Az-ın verdiyi məlumata görə, turistlər arasında cəsusların, agentlərin, vəhhabilərin olması istisna deyil. MM üzvləri də bu baxımdan ayıq-sayıq olmağa dəvət edib.
Mütəxəssislər ərəb turistlərinin axınını Azərbaycanda Fars Körfəzi ölkələri vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsi, Avropada və Türkiyədə baş verən terror hadisələrinin bəzi ərəb ölkələrində turizm marşrutlarını dəyişdirməsi ilə əlaqələndirirlər.
Əvvəllər daha çox türk, rus və avropalıları turistlər Azərbaycana səyahətə gəlirdisə, artıq bu statistikada xeyli dəyişiklik var. Həm də Azərbaycana gələn ərənlərin ölkədə kütləvi şəkildə daşınmaz əmlak aldıqları ilə bağlı xəbərlər yayılıb.
Əlbəttə ki, istənilən halda ölkəyə turist axınının artması iqtisadi baxımdan yaxşıdır, çünki turist getdiyi ölkədə pul xərcləyir. Bu məsələnin müsbət tərəfidir.
Amma ərəb turistlərinin ölkəyə axını radikal dini cərəyanların güclənməsinə, o cümlədən, vəhhabiliyin artmasına gətirib çıxara bilər. Axı radikal dini cərəyanların əsas maliyyə mənbəyi bəzi ərəb ölkələri, onların xüsusi xidmət orqanları, şeyxləridir.