Zamiq Hüseynov "Unudaram" adlı animasiyon klipini təqdim edib.
AZXEBER.COM–a danışan Zamiq klipini tam bəyənməsə də, yenilik kimi qəbul etdiyini bildirib.
"Klipin rejisssorları məndən şəklimi və hansı mahnıya klip istəyirsiz deyə soruşdular. Mən də 3 şəklimi göndərib və "Unudaram” adlı mahnıma klip olmadığını ona dedim. 1 aydan sonra zəng gəldi. Baxdıq klipə xoşum gəldi. Bu janrda klipim yox idi. Tam bəyənməsəm də, yenilik kimi qəbul etdim. Klipə baxanda üzümdə təbəssüm yarandı. Klipdəki Zamiqi özümə tam bənzətmədim amma hardasa şirinlik var idi.”
Müğənni tez-tez Türkiyəyə getsə də, xarici şou-biznesə qatılmağın çətin olduğunu qeyd edib: "Biz Türkiyə şou-biznesindən pul qazana bilmədik. Dostlarım və mən nə qədər pul xərcləsək də alınmır. Onlar 2 mahnı oxuyub, gəlib burdan yığıb aparıblar. Bir dəfə gördüm Kənan Doğulu gəlmişdi. Hamı onun üstünə qaçdı. Bu mənə xoş gəlmədi. Biz ora getsək elə diqqət görmərik. Biz özümüz-özümüzə diqqət göstərməliyik.”
Müğənni Zamiq Hüseynov toyundan da danışıb. "Mən kilp, konsert təqdim edirəmsə, niyə mətbuatı buraxmayım. Şəxsi həyat isə özüm bilərəm nəcə idarə edirəm. Mənim toyumda mediaya çəkilişə icazə olunmayacaq. Sonra deməyən ki, Zamiq də biriləri kimi etdi. Toyumun efirdə yayımlanmasına icazə verməyəcəm. Qonaqlara da tapşıracam ki, sosial şəbəkədə paylaşımlar etməsinlər.”
Zamiq gələcək kliplərində xarici ulduzlar kimi öpüş səhnələrinin olmayacağını deyib: "Klip qısametrajlı filmdir. Əgər orda Zamiq kimləsə öpüşsə "vay vay” deyəcəklər. Amma türk filmlərinə baxırıq ki, elə səhnələr çox olur. Heç kəs də pis reaksiya vermir. Hələ elə etmək fikrim yoxdur.”
Qeyd edək ki, "Unudaram” ekran işinin rejissorları Cavid Abdurahmanov və Elçin Əsədovdur.