22 yaşlı Gülzarı zorlayıb başını kəsən şəxsin açıqlaması hiddətləndirdi

22 yaşlı Gülzarı zorlayıb başını kəsən şəxsin açıqlaması hiddətləndirdi Antalyada keçən ilin 14 avqust tarixində meşəlik sahədə 22 yaşlı Gülzar Turanı zorladıqdan sonra başı daşla əzib, boğazını kəsərək öldürməkdə təqsirləndirilən 44 yaşlı Cengiz D. zərərçəkmiş olduğunu iddia edib.

Şübhəlinin bu sözləri öldürülən Turanın yaxınlarının sərt reaksiyasına səbəb olub.

Şübhəlinin qızından əvvəl də bir başqa qadını zorlmaqda mühakimə olunduğunu yada salan Gülzar Turanın anası Menekşe Kocabaş məhkəmə prosesi zamanı "Qadınları cinsi obyekt olaraq görən bu şəxs qızıma təcavüz edib vəhşicəsinə öldürdükdən sonra indi bir də zərər çəkmiş olduğunu söyləyir. Deyəcək söz tapa bilmirəm" ifadələrini işlədib.

Məhkəmə təxirə salınıb.

///milli.az

Oxşar xəbərlər