Ermənistanda parlament seçkiləri başa çatdı. Əslində gözlənildiyi kimi, seçki müxalifətin böyük məğlubiyyəti, Serj Sərkisyan iqtidarının isə əzici “zəfəri” ilə nəticələndi.
Lakin əvvəlki illərdən fərqli olaraq, bu dəfə seçkidən sonra hər hansı siyasi təlatüm müşahidə edilmədi, etiraz nümayişləri keçirilmədi, bütün siyasi qüvvələr seçkilərin nəticələrini faktiki surətdə tanıdı.
Erməni politoloqları bunu cəmiyyətin mütiliyi, habelə bütün siyasi sistemdən, yəni həm iqtidardan, həm də müxalifətdən qopması ilə izah edir.
Musavat.com erməni mətbuatına istinadən həmin politoloqların rəylərini təqdim edir.
“Ermənistan Respublika Partiyası (ERP) cəmiyyətin siyasi apatiyasından parlament seçkilərində qələbə üçün çox gözəl istifadə etdi”, Qafqaz İnstitutunun direktoru , politoloq Aleksandr İsgəndəryan qeyd edir.
Ekspertin rəyinə görə, erməni cəmiyyəti ümumiyyətlə siyasi sistemə inanmır: “Əgər inam yoxdursa bu apatiya (mütilik-red.) deməkdir. Respublikaçıların etdiyi belə bir apatiyanın menecerliyini həyata keçirməkdən ibarətdir”.
Lakin onun fikrincə, bu cür biganəliyi sona qədər idarə etmək mümkün deyil:
“Hakimiyyət partiyası ona qarşı dayana biləcək siyasi gücün olmamasına görə seçkilərdə qələbə qazana bilir. Sosial narazılıq həmişə olacaq.
Lakin onun effektivliyi həmin narazılığa siyasi kanalın açılıb- açılmamasından asılıdır. Tələb var, təklif isə yoxdur. Ermənistanda boş-boş şüarlar yerinə pozitiv proqram təqdim etməyi bacaran siyasi qüvvə yarandığı təqdirdə belə bir perspektiv doğa bilər. Əks təqdirdə bu biganəlik sürməyə məhkumdur”.
İsgəndəryan ilk dəfə erməni siyasətində müxalifətin seçkilərin nəticələrinə yenidən baxılması və ya ləğv edilməsi kimi tələblərlə çıxış etmədiyini bildirir:
“Çünki cəmiyyət siyasi güclərə seçki sonrası mitinqlər keçirmək üçün belə bir mandat vermədi. Siyasətçilər mitinq təşkil edə bilərlər, lakin kütləviliyi təmin edə bilməzlər”.
Digər politoloq Armen Bağdasaryan da Ermənistanda seçki sonrası etirazların az ehtimal olunduğunu bildirib.
“Keçmişdə seçkilərdən sonra həmişə ölkənin hər yerində etirazlar qalxırdı. Çünki müxalifət səslərinin oğurlandığını düşünürdü. Lakin bu dəfə onların səslərini oğurlamadılar, sadəcə satın aldılar. Hakimiyyət və cəmiyyət öz aralarında bir növ razılığa gəldilər”, Bağdasaryan qeyd edib.
Politoloq son seçkilərdə seçici səslərinin kütləvi surətdə alındığını qeyd edərək bunu aşağıdakı örnəklə təsvir edib:“Hakimiyyət 2,5 milyon seçicinin olduğunu bəyan etmişdi. Halbuki real rəqəmlər 2 milyon civarında idi. Rəqəmlər hər nə qədər şişirdilmiş olsa da əhalinin 75%-nin seçkiyə gəlməsi bu cür biganəlik və seçki sisteminə inamsızılıq fonunda olduqca böyük bir göstəricidir. Yəqin ki, insanları seçkidə iştiraka motivə etməyi (pulla ələ almağı-red.) gözəl bacarıblar”.
Bağdasaryan ictimai apatiyanın qısamüddətli perspektivdə ölkədə miqrasiyanın artacağına gətirib çıxaracağını da təxmin edir.
Erməni sosioloq Samvel Manukyan isə etiraz aksiyalarını canlandıra biləcək lider olmadığını söyləyib:
“Son 20 il ərzində formalaşan siyasi proseslərdən sonra cəmiyyət anladı ki, bu cür etirazlar heç bir şeyə gətirib çıxara bilməyəcək. Cəmiyyət bu etiraz hərəkatına rəhbərlik edənlərin sonradan nə cür imtiyazlar əldə edərək geri çəkildiyini, xalqın isə ortada buraxıldığını çox gözəl müşahidə etdi”.
Samvel Manukyan elektoratın tərcihinin qısamüddətli perspektivdə praqmatik və rasional hesab etdiyini söyləyib. Onun fikrincə elektoratın mentaliteti və məsələyə yanaşma tərzi növbəti 5-6 ildə də dəyişən deyil.