Son zamanlar ölkəmizdə mal ətin qiymətində artım müşahidə olunur
Qiymət artımını Dövlət Statistika Komitəsi də təsdiqləyir. Komitənin təxminən 10 gün əvvəl açıqladığı məlumatda (bax -http://stat.gov.az/xeber/index.php?id=3473) göstərilir ki, ötən ay ölkə ərazisində mal ətinin qiyməti bahalanıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatından fərqli olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bir həftə əvvəl "Yeniavaz.com"a açıqlamasında (bax - http://www.yeniavaz.com/NewsContent/ZNewsContent/28294) bildirib ki, mal ətinin qiymətində artım müşahidə edilmir: "Hazırda mal ətinin 1 kiloqramının qiyməti 9,50-10 manatdır".
"Yeniavaz.com"un apardığı monitorinq isə göstərir ki, Baytaxt Bakıda mal ətinin qiyməti 11,5-12 manat arasında satılır. Bugünkü rəsmi məzənnə ilə hesabladığımız zaman 1 kiloqram mal ətinin qiyməti 6,9 dollara bərabər olur.
Yeri gəlmişkən qeyd edək ki, bu, region ölkələri arasında ən yüksək göstəricidir. Məl əti ən ucuz qiymətə Ukraynada satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı 3,3 dollara (90 qrivna) bərabərdir. Moldovada qiymətlər Ukraynadan cüzi bahadır. 1 kiloqram ət bu ölkədə 3,5 dollara (70 ley) satılır. Qazaxıstanda ət bu ölkələrlə müqayisədə bahadır. Qazaxıstanda 1 kiloqram mal əti 4,4 dollara (1 400 tengə) bərabərdir. Gürcüstanda mal ətinin qiyməti 5,5 dollar (15 lari) təşkil edir. Digər region ölkələrindən Belarusda mal ətinin 1 kiloqramı 5,8 dollara (11 rubl), Ermənistanda 5,9 dollara (2600 dram), Rusiyada isə 6 dollara (350 rubl) satılır.