Nərimanov Rayon Polis İdarəsinə təcavüz haqqında müraciət daxil olub.
Bu barədə “Sputnik Azərbaycan”a adıçəkilən rayonun polis idarəsindən bildirilib. Şikayət edən Göygöl rayonunun 20 yaşlı sakini G.T. olub. O, bildirib ki, fevralın 16-da saat 04:30 radələrində Tural adlı gənc tərəfindən zorlanıb.
Zərərçəkənin sözlərinə görə, cinayət markası və nömrəsi müəyyən edilməmiş avtomobildə baş verib. Amma qız cinayətin harada baş verdiyini dəqiq bildiyini qeyd edib. Onun sözlərinə görə, hadisə Əhməd Rəcəbli küçəsində, 33 nömrəli binanın qarşısında olub.
Qızın sözlərinə görə, onlar Tural ilə gecə klubunda xoş vaxt keçiriblər. Doyunca rəqs etdikdən sonra onlar evə qayıtmaq qərarına gəliblər, amma o, ağlına da gətirməyib ki, onunla yanaşı oturan oğlanın fikirləri nədir. Polisdən qeyd ediblər ki, işin materialları rayon prokurorluğuna veriləcək.