Bakıda gecə klubunda qan töküldü

Bakıda gecə klubunda qan töküldü Ötən gecə Bakının Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda müştərilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlu gecə klubunda tanımadığı müştəri tərəfindən bıçaqlanıb. Yaralının xəsarətləri ağır olduğundan təcili tibbi yardım maşını ilə Su-tikinti xəstəxanasına aparılıb. 26 yaşlı gəncin üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etdiyindən yaralının vəziyyəti ağırdır.

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış rədbirləri nəticəsində Sabunçu rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu tutularaq istintaqa təhvil verilib.

25-ci polis bölməsinin rəisi Elmir Hüseynovun bildirdiyinə görə, hər iki şəxs müştəri olub və mübahisələri də rəqs üstündə düşüb. Bu zaman Vüsal İbrahimov bıçağa əl atıb.

Faktla əlaqədar materiallar toplanıb Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil veriləcək. İbrahimov Vüsal Bəhir oğluna qarşı isə Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

///salamnews

Oxşar xəbərlər