Keçmiş baş prokuror, Azərbaycanın hazırda Serbiyada, əvəllər Rumıniyada səfiri olmuş Eldar Həsənovun korrupsiya cinayətləri, müxtəlif qanunsuz və qaranlıq əməlləri haqqında üzə çıxan faktların, məlumatların arası kəsilmək bilmir. Bu dəfə dia.az-a daxil olan məlumatda onun Azərbaycan dövlətinin ən əsas strateji qurumlarından biri, dövlətin bel sütunu sayılan keçmiş Milli Təhlükəsizlik Nazirliyini korrupsiya və reket yuvasına çevirmiş və buna görə də vəzifəsindən çıxarılaraq cinayət şəbəkəsinin üzvləri həbs olunan sabiq nazir Eldar Mahmudovla yaxın münasibətləri, işbirliyi haqqında faktlar təqdim olunub.
Eldar Həsənovun hələ Rumıniyada səfir olarkən Eldar Mahmudova göndərdiyi boğazdan yuxarı tərif dolu məzmunlu, “dərin hörmət” sonluğu ilə yazılmış təbrik məktubu çox mətləblərin üstünü açan sübutdur. Məktubla bərabər ötürülən digər məlumatlardan da bunu aydın görmək olar.
Hələ MTN-lə bağlı hadisələrin baş verdiyi ilk vaxtlarda E.Həsənovun müəmmalı bir rumın şirkətinin Azərbaycanın kiber təhlükəsizliyi sahəsindəki layihədə iştirakını Eldar Mahmudovun razılığı ilə təmin etməsi haqqında mətbuatda yazılar getmişdi. O zaman haqlı olaraq sual edilirdi ki, niyə ölkə üçün belə həssas və strateji layihə məhz informasiya texnologiyaları sahəsində inkişaf etmiş ölkə sayılmayan Rumıniya şirkətinə verilir? Bunun bir korrupsiya qurğusu ola bilməsi ehtimalı yüksək idi.
Həqiqətən də, necə olmuşdu ki, E.Mahmudov birbaşa öz vəzifə dairəsinə daxil olan kibertəhlükəsizlik kimi bir sahəyə E.Həsənovun gətridiyi, sonradan rəhbəri Rumıniyada korrupsiya ittihamları ilə məsuliyyətə cəlb olunan şirkəti buraxmışdı. Son bir ildə keçmiş MTN-lə bağlı baş verən hadisələr, dövlətin bu strateji qurumunun cinayət və korrupsiya bataqlığına döndərilməsinə dair üzə çıxan faktlar əslində bu suala cavab tapmağa imkan verir.
Lakin açıq qalan məsələ isə baş prokuror olduğu zamanlarda törətdiyi saysız-hesabsız qanunsuzluqların ardınca Rumıniya və Serbiyadakı korrupsiya maxinasiyalarının üstü Azərbaycan, rumın, balkan və digər beynəlxalq mediada açılmış Eldar Həsənovun keçmiş MTN və onun sabiq rəhbəri Eldar Mahmudovla hansı münasibətlərdə olması haqqında yeni məlumatlardlr.
Həmin məlumatlara görə E.Həsənov Rumıniyada səfir olduğu vaxtlarda səfirliyə keçmiş MTN-in rezidenti olaraq Orxan Nəzərov adlı bir şəxs təyin olunub. Şübhəsiz ki, həmin vaxt milli təhlükəsizlik naziri olan E.Mahmudov tərəfindən bu vəzifəyə göndərilən rezidentin Azərbaycanın maliyyə-vergi sistemində yüksək vəzifələr tutmuş və Eldar Həsənovla yaxın bir şəxsin oğlu olduğu bildirilir.
Təsadüfi deyil ki, məhz bu səbəbdən səfirlikdə rezident olduğu illər ərzində Orxan Nəzərov Eldar Həsənovun faktlarla sübuta yetirilmiş rumın və moldovan kriminal dairələri ilə əlaqələri, kazino biznesinə bağlılığı, səfirliyin möhürünün və gizli sənədlərini moldovan əsilli katibələrinin ixtiyarına verməsi, bununla da Azərbaycan dövlətinə dair məxfi, həssas informasiyanın əcnəbi şəxslərin əlində olması, Rusiyanın Lukoyl şirkətinin Rumıniyadakı nümayəndəliyinin rəhbəri ilə əlbir olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Buxarest təmsilçiliyinə qarşı rumın jurnalistə pul verərək yazılar dərc etdirməsi kimi birbaşa Azərbaycanın milli təhlükəsizliyinə qarşı olan hərəkətlərinə nəinki göz yumub və bunlara qarşı heç bir tədbir görməyib, hətta Eldar Həsənovun ARDNŞ-ə qarşı iftira və böhtan fəaliyyətinin iştirakçısı olub.
Bu son faktlar göstərir ki, E.Həsənovun əvvəlki araşdırmalarda üzə çıxarılmış Azərbaycanın Rumıniyada və Serbiyadakı səfirliklərinin əməkdaşları, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulmasında ittiham edilən rumın, moldovan və rus iş adamları, XİN-in, Nazirlər Kabinetinin, Maliyyə nazirliyinin rəhbər şəxslərinə qədər uzanan korrupsiya şəbəkəsinin keçmiş MTN-lə də bağlılığı olub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun təyinatı ilə səfirliyə rezident kimi göndərilən şəxs dövlət qarşısında öz vəzifələrini yerinə yetirmək əvəzinə Eldar Həsənovun çirkin oyunlarının iştirakçısı olub. Təsadüfi deyil ki, məhz Orxan Nəzərovun Rumıniyadakı səfirlikdə rezident olduğu dövrdə Eldar Həsənov qeyri-sağlam reputasiyaya malik Qabriel Komanesku adlı rumın biznesmeni prezident İlham Əliyevə təqdim edərək Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki fəxri konsulu təyin etdirib. Bu yaxınlarda isə rumın mətbuatı Komaneskunun korrupsiya fəaliyyəti barədə araşdırma apararaq onun Eldar Həsənovla qaranlıq əməkdaşlığını üzə çıxarıb. Şübhəsiz ki, E.Həsənov mənfi reputasiyalı bu şəxsi Azərbaycan prezidentinə fəxri konsul kimi havayı tövsiyə etməyib. Bütün bunlar isə MTN rezidentinin, deməli Eldar Mahmudovun və XİN rəhbərliyinin məlumatı olması şəraitində baş verib. Onlar da öz növbələrində yəqin ki, Azərbaycanın nüfuzuna zərər gətirən bu natəmiz işlərin qarşısında susmağı, üstəlik Eldar Həsənova köməyi müftə etməyiblər.
Daha sonra dia.az-a yazan mənbə iddia edir ki, hazırda Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılaraq cinayət şəbəkəsinin üzvləri həbsə alınıb mühakimə edilsələr də, Eldar Həsənov başda olmaqla digər şəbəkəyə hansısa səbəbdən hələ də toxunulmur. Bütün haqqında danışılan faktları araşdıraraq lazımi addımlar atmaq isə artıq tarixin arxivinə verilmiş MTN-i əvəz etmiş Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin birbaşa vəzifələridir. Azərbaycan hakimiyyəti qəbul etməlidir ki, korrupsionerin, dövləti cinayətlər törədənin birini məsuliyyətə cəlb edib başqalarına dəyməmək dövlət üçün daha ağır problemlər gətirməkdə davam edəcək.
Bu, Azərbaycanın digər dövlətlər, konkret olaraq Rumıniya və Serbiya ilə ikitərəfli münasibətlərində ciddi narazılıqlar yaradacaq potensialında olan məsələdir.
Xatırladaq ki, yerli və beynəlxalq mətbuatın araşdırmaları nəticəsində Azərbaycanın keçmiş baş prokuroru, uzun müddət Rumıniyada səfiri olmuş, hazırda Serbiyadakı səfiri Eldar Həsənovun ciddi korrupsiya əməllərinin təşkilatçısı olduğu aşkara çıxarılıb. Onun yaratdığı Azərbaycan-Rumıniya ticarət palatasına daxil olan şirkətlər mütəşəkkil cinayətkarlıq, milyonlarla dollar çirkli pulların yuyulmasında ittiham edilib. Fəaliyyəti üçün Azərbaycan dövlətindən külli miqdarda vəsait aldığı Qara dəniz-Xəzər dəniz əməkdaşlıq fondu adlı digər təşkilatının ofis ünvanlarının isə saxta olduğu müəyyənləşdirilib. Fond üçün pul almaq məqsədilə E.Həsənov Prezident Administrasiyasına yalan məlumat verərək əslində özünün yaratdığı təşkilata guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alacağını da deyib. Sonradan onun ermənilərlə də müəmmalı əlaqələri və görüşləri haqda mətbuatda məlumatlar yayılıb.
E.Həsənovun hazırda pul mənimsəmək üçün yaratdığı növbəti təşkilatın isə Azərbaycan-Monteneqro iqtisadi və mədəni mərkəzi adlı qurum olduğu ehtimal edilir.
Vütün maraqlı tərəfləri dinləməyə hazırıq...