Əyyub Kərimov: “Onun baş verənlərdə məsuliyyət payı müəyyənləşdirilməlidir”
Tanınmış hüquqşünas Əyyub Kərimov Moderator.az-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Magmudovla bağlı maraqlı fikirlər səsləndirib. E.Mahmudov dönəmində MTN-nin təhlükə mənbəyinə çevrildiyinə diqqət çəkən hüquqşünas, sabiq nazirin baş verən qanunsuzluqlardakı məsuliyyət məsələsinin araşdırılmasına ciddi ehtiyac duyulduğunu vurğuladı:
“Heç kimə sirr deyil ki, E.Mahmudovun dönəmində MTN mili təhlükə nazirliyinə çevrilmişdi. Bu nazirliyin yetkililəri vətəndaşları şantaj etmək, onlardan pul almaq, əmlakalrına əl qoymaq və s.kimi işlərlə məşğul idi. Lakin bütün bunlara baxmayaraq, bu gün E.Mahmudovun bu məsələlərdəki məsuliyyət payı hələ də araşdırılmayıb. Baxmayaraq ki, o, həmin dövrdə nazir postunda çalışıb və qanunsuz əməllərə yol verən şəxslərin hamısı onun tabeliyi altında çalışan insanlar olub.
Hesab edirəm ki, əlaqədar qurumlar E.Mahmudovun baş verən proseslərdəki məsuliyyət payını müəyyənləşdirməli, onunla bağlı qeyri-müəyyənliyə aydınlıq gətirməlidir”.
Seymur Əliyev