Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə yanan binanı üzləyən şirkətin təsisçisi Miryusif Mahmudovun 8 il müddətinə azadlıqdan məhrum edilib.
Proses davam edir.
***
Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il həbs cəzası verilib.
***
“Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.