“Qəzaya düşən təyyarə “Turkish Airlines”ın deyil”

“Qəzaya düşən təyyarə “Turkish Airlines”ın deyil” “Bişkek şəhəri yaxınlığında qəzaya uğrayan yük təyyarəsi Türk Hava Yollarına məxsus deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “RİA Novosti”yə Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat nümayəndəsi Orxan Qazigil deyib.

Onun sözlərinə görə, təyyarənin “Turkish Airlines”ə heç bir aidiyyatı yoxdur: “Bişkek yaxınlığında qəzaya düşən yük təyyarəsi Türkiyənin özəl şirkətlərindən birinə məxsusdur”.

Təyyarənin Türkiyənin MyCargo Airlines şirkətinə məxsus olduğu açıqlanıb.

Oxşar xəbərlər