Braziliyanın "Şapekoense" futbol klubunun olduğu təyyarənin Kolumbiyada qəzaya uğramasında pilot günahkardır.
Boliviya hökumət komissiyasının apardığı araşdırmalardan sonra bu qənaətə gəlinib.
Araşdırmanın nəticələrinə görə, pilot Miqel Kiroqa təyyarə idarə edilməsində kifayət qədər təcrübəyə malik deyilmiş.
Qeyd edək ki, futbolçuların göyərtəsində olduğu Boliviyaya məxsus hava gəmisi noyabrın 29-da Kolumbiyanın El-Qordo rayonunda qəzaya uğramışdı. Təyyarədə 77 nəfər olub ki, onlardan da 22-si "Şapekoense" klubunun futbolçuları olub. Komanda Cənubi Amerika kuboku uğrunda Kolumbiyanın "Atletiko Nasyonal" klubu ilə ilk final oyununa gedirmiş. Aviaqəza nəticəsində cəmi 6 nəfər sağ qala bilib.