Şirvan yol polisindən ağlasığmaz hərəkət: vətəndaşı təhqir edib döydülər - VİDEO

Şirvan yol polisindən ağlasığmaz hərəkət: vətəndaşı təhqir edib döydülər - VİDEO Bir neçə saat əvvəl Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib.

Hadisə şahidlərinin Qaynarinfo.az-a verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb.

Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub.

Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib.

Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb.

Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb.

Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.

Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqirefici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik




Oxşar xəbərlər