“Cəbhədə 4 gün davam edən və "Aprel döyüşləri" adını almış hadisələr 2016-cı ildə Azərbaycanın həyatında sosial-iqtisadi sferada müxtəlif gərginliklər, bəzən də hansısa qərarların cəmiyyətdə doğurduğu reaksiyalar fonunda müsbət mənada xeyli fərqləndi. Bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu”.
Bunu Milli Məclisin üzvü Zahid Oruc 2016-cı ilin yekunlarını və 2017-ci il üzrə proqnozlarını Milli.Az-a açıqlayarkən deyib.
Millət vəkilinin fikrincə, prezident İlham Əliyev həmin hadisələr zamanı və ondan sonra verdiyi qərarları ilə xalqı torpaqlarımızın azad edilməsinə inandıra bildi: "Əgər dünya tarixinə baxsaq, hətta sülh sazişləri ilə bitən savaşların yekununda da ərazilərin geri qaytarılması, demək olar ki, qeyri-mümkün olub. Doğrudur, bəziləri buna əks olaraq II Dünya müharibəsinin nəticəsi kimi Almaniyanın federativ və demokratik olmaqla iki hissəyə ayrılmasını, daha sonra isə 1989-cu ildə yenidən birləşməsini nümunə göstərə bilər. Amma bu, tam fərqli kateqoriyadan olan hadisədir.
Aprel döyüşləri Azərbaycanın ötən onillər ərzində millət, ordu və cəmiyyət quruculuğunun ayrılmaz bir hissəsi olaraq ermənilərə vurulmuş zərbə kimi dəyərləndirilməlidir. Ola bilər ki, coğrafi baxımdan 2 min hektar ərazi çoxları üçün mühüm strateji əhəmiyyət daşımasın və onu hərbi mövqelərin yerləşməsi baxımından dağ relyefində, mürəkkəb coğrafiyada kəskin dəyişikliklər kimi qiymətləndirməsin. Ancaq zənn edirəm ki, bu, ötən əsrin 90-cı illərinin hərbi-siyasi reallıqlarının dəyişdirilməsi, Ermənistan ordusunun, ümumilikdə ermənilərin qalibiyyət mifinin sındırılması, Azərbaycandakı məğlubiyyət sindromunun aradan qalxması, ümumiyyətlə, erməniçiliyə vurulmuş zərbə baxımından, eləcə də ölkədə cərəyan edən bütün digər sosial-iqtisadi proseslərdən pozitivliyi ilə fərqlənən və onlardan daha üstün duran milli hadisə oldu. Ona görə də 2016-cı ildə bizim üçün aprel döyüşlərindən daha böyük və üstün tarixi hadisə yoxdur. Bu baxımdan hesab edirəm ki, prezident İlham Əliyevin dövlət başçısı və milli lider olaraq yerini müəyyənləşdirən məhz bu məsələdir. İlham Əliyev Azərbaycan cəmiyyətinə işğal olunmuş torpaqların geri qaytarılmasının mümkünlüyünü sirayət etdirdi, buna inandırdı".
Z.Orucun sözlərinə görə, aprel hadisələri 2017-ci ildəki proseslərin də "ana xətti"ni təşkil edəcək: "2017-ci il də, yəqin ki, bu platformada, bu ideyaların üzərində keçəcək. Çünki danışıqlar, demək olar ki, dayanıb. ATƏT-in Minsk qrupu formatının əlverişsiz müstəvi olduğu artıq hər kəsə bəllidir. Hətta onların köməyi ilə ədalətli sülh sazişi imzalansa belə, münaqişə tərəflərinin bu üçlüyə münasibəti elə bir vəziyyətdədir ki, o, işlək olmayacaq. Belə olan təqdirdə, Azərbaycan ordusu artıq bir qüvə kimi siyasi danışıqların, regional proseslərin önünə çıxacaq. Prezident İlham Əliyev həmin "dördgünlük müharibə"də və ondan sonrakı dövrdə qəbul edilən qərarlar, Bakı da daxil olmaqla ölkənin Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi, elə bu səbəbdən də erməni cəmiyyətində sülh istəklərinin baş qaldırması və s. amillər 2017-ci ilin bünövrəsini təşkil edəcək, onun əsas psixoloji, siyasi, mənəvi, informativ istiqamətini müəyyənləşdirəcək".