Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev millət vəkili Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərə kəskin etirazını bildirib.
Məcid Nuxiyev Ölkə.Az-a eksklüziv açıqlamasında deyib ki, deputat Astan Şahverdiyev Rusiyada, Ukraynada və digər ölkələrdə bazarda işləyən soydaşlarımızı təhqir edib:
“O, bizə “cəmiyyətin tör-töküntüsü”, “otxod”u deyir. Bütün bu sözlərdən sonra soydaşlarımız Azərbaycanın təbliği üçün necə ürəklə iş aparsın, təşkilatlansın? Məgər qürbətdə çalışıb həm dövlətin təbliği ilə məşğul olmaq, həm də pul qazanıb ailə dolandırmaq asandır? Biz burada yeni təyin olunan səfirə də narazılığımızı bildirmişik. Təsəvvür edin ki, biz Ukraynada yaşaya-yaşaya, Azərbaycanda yaşayan bəzi şəxslərdən daha çox ölkəmizə xidmət edirik. Mən də daxil olmaqla xaricdə yaşayan soydaşlarımız Azərbaycanda təkcə öz ailələrinə deyil, həm də qohumlarına, yaxınlarına pul göndərir, yardım edir. Ancaq bəzi deputatlar ağızlarına gələni danışırlar, bizə “Vətən xaini”, “satqın”, “otxod” və sairə adlar verirlər. Belə hərəkətmi olar?”.
Diaspora nümayəndəsi qeyd edib ki, bu cür hərəkətlər xaricdə yaşayan soydaşlarımızda Azərbaycana qarşı nifrət yaradır:
“Bu, həm də cənab Prezident İlham Əliyevin siyasətinə qarşıdır. Biz Azərbaycan dövlətindən xahiş edirik ki, bəzi deputatlar soydaşlarımıza həssaslıqla yanaşsın, daha onları təhqir etməsin. Bu, düzgün hərəkət deyil. Nə oldu, burada ruslar da bizə “otxod” desin, siz deputatlar da! Belə hərəkət olar? Bəs sabah buradakı yad şəxslər bizə nə deyəcək? Burada yaşayan və əziyyətlə çalışıb ailəsinə pul göndərən azərbaycanlılar var. Əgər kim istəsə, onların fotolarını çəkib göndərə də bilərəm. Bu insanlar Azərbaycanda özlərinə iş tapa bilmədiyi üçün xaricə üz tutublar. Məgər bu adamlar satqındır, cəmiyyətin “otxod”larıdır? Görünür, bəzi deputatlar o qədər harınlayıb ki, artıq xalqı açıq təhqir etməyə başlayıblar”.
M.Nuxiyev Azərbaycandan olan bəzi deputatların və vəzifəli şəxslərin Ukraynada biabırçı hərəkətlərlə məşğul olması barədə sensasion açıqlama da verib:
“Məndə məlumatlar var ki, Azərbaycandan olan bəzi deputatlar və vəzifəli şəxslər gəlib Ukraynada biabırçı hərəkətlərlə məşğul olur. Bəlkə də çoxlarının bundan xəbəri yoxdur. Ancaq Azərbaycandan olan bəzi deputatlar və vəzifəli şəxslər əxlaqsız qadınlarla tanış olmaq üçün Ukraynaya gəlirlər, əxlaqsız qadınlarla gəzirlər, burada Azərbaycanın adını biabır edirlər. Onların çoxu da hökumətdə vəzifə tutan adamlardır. Kasıbın burada nə işi var? Burada əxlaqsız qadınlarla tanış olmaq üçün gələnlər pullu adamlar olur. Onların arasında Milli Məclisin deputatları da olur. Bəs deputatlar bütün bunları nə üçün demir?”.
M.Nuxiyev vurğulayıb ki, soydaşlarımızı təhqir edən bu cür çıxışlar eyni zamanda ölkə Prezidentinin siyasətinə qarşı çıxmaqdır:
“Mənim bütün bu fikirlərim ölkə Prezidentinə qarşı deyil. Ukraynada olan soydaşılarımız cənab Prezidentin ətrafında sıx birləşmişik, onun tapşırıqlarının icrası ilə məşğul oluruq. Ancaq çox təəssüf ki, bəzi şəxslər ölkə Prezidentinin də, bizim də gördüyümüz işlərə kölgə salmağa çalışırlar”.