Ötən ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun qovulması ilə başlanan “təmizləmə”lər davam edir. Ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyi bir qurum olaraq ləğv olunub, bazasında yeni 2 qurum yaradılıb. Bu gün MTN generallarının, idarə rəislərinin bir çoxu həbsdədir. “Təmizləmə”lər başlanan ilk gündən Eldar Mahmudovun taleyi haqda rəsmi məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, sabiq nazir işdən çıxarılandan dərhal sonra telefonları əlindən alınaraq nəzarət altında Badamdardakı dəbdəbəli imarətinə aparılıb. Bir neçə gün sonra isə Bilgəhdəki bağına köçürülüb. Sabiq nazirin bu gün də orada saxlanıldığı bildirilir. E.Mahmudovun statusu haqda da rəsmi məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə, sabiq nazirin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Onun “MTN işi” üzrə istintaqa cəlb ediləcəyi işdən çıxarıldığı ilk gündən söylənilsə də, hələlik bu məsələ də konkretləşməyib. Eldar Mahmudovun nazir işlədiyi dövrdə MTN-də yüksək vəzifə tutan generalların həbsindən sonra belə xəbərlər yayılmışdı ki, sabiq naziri əlindəki kompromatların yayılacağı qorxusu qarşısında həbs etmirlər. Çox keçmədi ki, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu mətbuata açıqlama verərək bildirdi ki, Eldar Mahmudovun əlində 2800 ədəd seks videosu var.
Bugünlərdə isə Eldar Mahmudov üçün gizli çəkilişlər edən şirkətin adı da açıqlanıb. Gununsesi.info son illər ərzində MTN rəhbərliyi ayrı-ayrı vəzifəli adamları, biznesmenləri seks videoları ilə şantaj edib, onlardan külli miqdarda pul aldığını qeyd etməklə Eldar Mahmudovun “video əməliyyatları” ilə bağlı sensasion məlumat yayıb.
Sayta daxil olan məlumatda qeyd olunur ki, bir neçə il əvvəl Bakıdakı restoran, hotel və milyonçuların villasında elektrikləşməni aparan məşhur türk şirkəti “Babil Elektirik”in ölkəmizdəki rəhbərliyi MTN-in “toruna düşüb”. Şirkətin Azərbaycanda qalıb fəaliyyət göstərməsi isə yalnız MTN rəhbərliyinin şərtləri daxilində mümkün olub. Bundan sonra şirkət MTN-dən gələn siyahı əsasında həmin obyektlərin elektrikləşməsi zamanı gizli kameraları quraşdırıb. Bundan sonra MTN asanlıqla imkanlı adamların şəxsi həyatını nəzarətə götürə bilib. Saytımızı bilgiləndirən mənbə onu da qeyd edib ki, “Babil Elektirik” hazırda Bakıda fəaliyyətini dayandırıb.
Bu məlumat E.Mahmudovun əlində gizli şəkildə çəkilmiş, kompromat xarakterli 2800 ədəd seks videosunun olması haqda məlumatları bir daha təsdiqləyir. E.Mahmudovun belə kompromatların üzərindən həbsdən kənar qala bildiyi nəticəsinə gəlməyə yol açır.
Bununla belə, “Yeni Müsavat”a sabiq nazirin həbsi üçün müəyyən hazırlıqların görülməsi xəbərləri də gəlməkdədir. İstintaqa yaxın mənbənin sözlərinə görə, “MTN işi” istintaq olunandan son günlərə qədər həbsdəki MTN-çilərin, şahidlərin, zərərçəkənlərin Eldar Mahmudovun əleyhinə ifadələri protokollaşdırılmayıb, qeydə alınmayıb. Artıq vəziyyət dəyişib və sabiq nazirin əleyhinə olan ifadələr də qeydə alınmağa başlayıb. Cinayət işinin yeni mərhələyə keçdiyi qeyd olunur. Bildirilir ki, istintaq qısa müddətdə sabiq nazirin əleyhinə olan, onun qollarına qandal vurulması üçün bəs edəcək qədər ifadələr toplanıb, rəsmiləşdirib.
Bu arada MTN-in Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova istintaq tərəfindən dindirilib. Xanım general istintaqa ifadəsində sabiq nazir Eldar Mahmudov və onun müavini olmuş Hilal Əsədovun əleyhinə ifadə verib. Natəvan Mürvətova rəisi olduğu idarənin vəzifəli şəxsləri qanunsuz dinləməsi barədə suallara cavab verərkən, tapşırığı nazir və onun müavini olmuş Hilal Əsədovdan aldığını deyib.
Öz işçilərinin ifadələrindən başqa sabiq nazirin əleyhinə olan, onun həbsi üçün ciddi əsaslar yaradan şikayətlər də araşdırılmaqdadır. Azərbaycanda məşhur olan AER dondurma şirkətinin faktiki sahibi Adil Şərifovun şikayəti də bu qəbildəndir. İş adamının MTN tərəfindən müflis edilməsi isə AER dondurma fabrikinin yerləşdiyi mülkün özəlləşdirilməsi prosesi ilə başlayıb.
Fabrikin faktiki rəhbəri Dövlət Əmlak Komitəsinin rəsmisi Rafiq Cəlilovla ilkin razılaşma zamanı obyektin 100 min manata özəlləşdirilməsi barədə razılıq əldə edib. Sonradan bu rəqəm 3 dəfə dəyişib. Qiyməti 300 min manata qaldıran Əmlak Komitəsinin rəhbərliyi şirkətdən daha sonra 650 min manat alıb.
Özəlləşmə bitəndən bir neçə gün sonra iş adamı MTN-ə, odioz general Akif Çovdarovun qəbuluna çağırılıb. Ehtimallara görə, iş adamının imkanları barəsində informasiyanı MTN-ə Əmlak Komitəsinin rəhbərliyi ötürüb. Adil Şərifovu MTN-də Akif Çovdarovun otağına aparıblar. Kabinetində Adil Şərifovu ağır söyüşlərlə qarşılayan A.Çovdarov “sən qudurmusan, 650 minə obyekt özəlləşdirirsən” deməklə ondan bu pulları haradan almasını soruşub. 1 gün iş adamını MTN-də saxlatdıran Akif Çovdarov çıxış yolu kimi ona “Nikoil” banka getməsini və mənzillərini, avtomobillərini girov qoyub kredit almasını tələb edib. Həbs hədəsindən çəkinən Adil Şərifov Akif Çovdarovla razılaşmalı olub və banka gələrkən bütün sənədlərin hazır olduğunu görüb. 500 min manatlıq kreditə imza atan iş adamı həmin pulların bankdan elə Akif Çovdarovun adamları tərəfindən aparıldığının şahidi olub.
İşçilərinin bir-birinin ardınca Eldar Mahmudun üzünə dayanması, onun 11 il rəhbərlik etdiyi qurumdan şikayətçilərin isə saysız-hesabsız olması yaxın perspektivdə sabiq nazirin həbsi ehtimalını artırır.