“Azərbaycanda 2017-ci ilin sonuna qədər iqtisadiyyatın 2,8 faizlik böhrana məruz qalacağı gözlənilir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifov deyib ki, bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür:
“Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir”.
Nazir əlavə edib ki, bu ilin sonunda Azərbaycanda 58 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı gözlənilir.