Nardaranda həlak olan mayor - VİDEO

Nardaranda həlak olan mayor - VİDEO O, II Fəxri xiyabanda dəfn ediləcək

Nardarandakı toqquşmada həlak olan polisin kimliyi məlum olub.

Ganun-ictimai.info femida.az-a istinadən xəbər verir ki, vəfat edən polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur.

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı bu gün II Fəxri xiyabanda dəfn ediləcək.

Dünyasını dəyişən Vüqar Nəsibov idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub.


Oxşar xəbərlər