Ölkə dəhşətli iqtisadi fəlakətin və uçurumun astanasına yaxınlaşıb; İlin sonuna kimi əhalinin sürətlə yoxsullaşacağı artıq görünməkdədir
Prezident İlham Əliyevə güvənən xalq real və təcili islahatlar gözləyir. Əks təqdirdə Azərbaycanın acınacaqlı vəziyyətə düşəcəyi şübhəsizdir.
Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb.
Məlumatda deyilir ki, əhali panika içərisindədir və Nazirlər Kabinetinin son qərarı ölkədə bahalaşma dalğasının hər yeri bürüyəcəyindən xəbər verir.
Söhbət 1 kq toyuğa 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar rüsum qoyulmasından gedir.
Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
Nəticə etibarı ilə yeni tariflər qiymət bahalaşmasına gətirib çıxaracaq. Xalq hökumətdən və NK-dən real islahatlara səbəb olacaq qərarlar gözlədiyi vaxtda əhalinin sosial həyatının daha da ağırlaşmasına gətirib çıxaracaq addımlar atılır.
Artıq iqtisadçılar da həyəcan təbili çalır. Çünki yeni qərar bahalaşma dalğasının hər yeri bürüyəcəyini qaçılmaz edir. Bu da sosial partlayışla, rayonlarda etirazlarla nəticələnə bilər.
Artıq prezident İlham Əliyevə regionlardan müraciətlər ünvanlamağa başlanıb.
Şəhid ailələri, məcburi köçkünlər, müharibə əlilləri, aztəminatlı və kimsəsiz insanlar, o cümlədən banklara borcu olan vətəndaşlar, sahibkarlar, işindən ixtisar olunan şəxslər və cəmiyyətin müxtəlif təbəqəli üzvləri dövlət başçısına haray dolu məktublar yazmağa hazırlaşır.
Ölkədə iqtisadi vəziyyətin pisləşməsi və kasıbçılığın başlanmasına görə tək nicat yeri kimi İ.Əliyevə baxırlar.
Məktublarda qeyd olunur ki “Cənab prezident, bizi xilas et, məmurlar yerlərdə əhalinin dərisinə saman təpir, xalqa qarşı qərarlar verir, anti-böhran tədbirləri formal xarakter daşıyır”. Yəni ümumilikdə müraciətlərin leytmotivi yuxarıdakı sətirlərdən ibarətdir.
Iqtisadçı-ekspert Qadir İbrahimli məsələyə münasibət bildirib. Onun sözlərinə görə, böhran dərinləşdikcə, hökumət qadağaları artırır.
Ancaq böhrandan çıxmağın yeganə yolu qadağaları ləğv etmək, liberal iqtisadi mühiti yaratmaqdır. Bu qadağalar SSRİ-də böhran başlayanda da tətbiq edildi:
“İndi Putin deyir ki, SSRİ-ni dağıtmaq yox, islahat aparmaq lazım idi. Hardasa düz deyir. İslahat vaxtında aparılmayanda sistem tam çökür. Hələ şanslar itirilməyib”.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.