“Lənkəranski”nin yerinə onu gətirdilər - TƏFƏRRÜAT

“Lənkəranski”nin yerinə onu gətirdilər - TƏFƏRRÜAT Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin ( “Lənkəranski” ) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə “Lənkəranski”nin qətli ilə bağlı bir çox suallar açıq qalıb.

Qətlin sifarişçisi və icraçıları haqda da geniş bilgi yoxdur. “Lənkəranski”nin kriminal və biznes imperiyasına bundan sonra kimin sahib olacağı haqda da danışılmır. Musavat. comu-un məlumatına görə, 40 mərasimində Türkiyədən çox nüfuzlu bir avtoritet gəlib. Həmin nüfuzlu avtoritet Türkiyədə “Lənkəranski”nin yerinə kimin olacağı ilə bağlı söhbət aparıb.

Musavat.com-a məlumat verən mənbə bildirib ki, “Lənkəranski”nin ən yaxın adamı, qətlidən sonra İstanbulda həbs edilən “Hacı Beyləqanski” indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir. Mənbəmiz deyib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.

Böyük ehtimalla söhbət “Kurşa” ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir. Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.

Lənkəranskinin yerinə onu gətirdilər - FOTO ile ilgili görsel sonucu

Qoça 5 iyul 1972-ci ildə Kabuletidə(Gürcüstan)anadan olub. O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb.

Moskva, Odessa və Ukraynada məskunlaşan Qoça son illər Türkiyədə sığanacaq tapıb. 44 yaşlı “qanuni oğru”ilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən “Kurşa” 6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb.

Son 10 ildə də o, Ukraynada, əsasən də Odessada məskunlaşıb. Belə güman etmək olar ki, “Rövşən Lənkəranski”Türkiyədə məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. “Kurşa”nın 2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda “oğru bioqrafiyasında” məlumat yoxdur.

Bildirək ki, bu günlərdə Berlində “Lənkəranski”nin düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi “Rövşən Lənkəranski”nin yaxın dostu və Avropa "obşakı"na ( xəzinəsinə ) nəzarət edən çeçen Həmzət Qastamirovun (“Şeyx Həmzət”) təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.

Oxşar xəbərlər