Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1 kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti ipoteka kreditləşməsi zamanı təqdim edilən yaşayış sahələri üzrə satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi, habelə əhalinin yaşayış sahələrinə artan tələbatının ödənilməsi üçün əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarının, ipoteka kreditləşməsi sisteminin səmərəliliyinin artırılması məqsədi ilə müəyyənləşdirilir. Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə Cəmiyyət tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır.
Araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycanda daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır:
-yaşayış sahəsinin təmirli olması;
- yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması;
- yaşayış sahəsinin yerləşdiyi ərazi.
Cəmiyyət tərəfindən toplanmış məlumatlar yaşayış sahəsinin yerləşdiyi ərazi, otaqların sayı, ilkin və təkrar bazar göstəriciləri üzrə qruplaşdırılır. Toplanmış məlumatlar əsasında Cəmiyyətin İdarə Heyəti tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətləri müəyyən olunur və təsdiq üçün Cəmiyyətin Müşahidə Şurasına təqdim edilir.
Cəmiyyətin Müşahidə Şurası yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətini təsdiq etdikdən sonra bu məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməlidir.
“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası orta bazar qiymətlərinə İdarə Heyətinin təklifləri əsasında 6 aydan gec olmayaraq, orta bazar qiymətləri üzrə 10 faiz və daha çox dəyişikliklər baş verdikdə isə dərhal baxır.