Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.

Report xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.

Qadının qətlində Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev şübhəli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Məlumatda həmçinin meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri olduğu qeyd edilib.

Oxşar xəbərlər