Hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarovun ailəsinə Azərbaycandan çıxmaq qadağası qoyulub.
Bu barədə onun vəkili Sadiq Rəsulov deyib.
“Akif Çovdarovun ailə üzvlərinin - oğlunun, qızının və digər yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. Əmlaklarının əllərindən alınması isə məhkəmə qərarı ilə mümkündür. Belə məhkəmə qərarı isə yoxdur” - deyə vəkil bildirib.
Vəkil əlavə edib ki, bununla belə, A.Çovdarovun və ya yaxınlarının əmlakı üzərinə həbs qoyulmayıb: “Əmlaklarının əllərindən alınması məhkəmə qərarı ilə mümkündür. Belə məhkəmə qərarı isə yoxdur”.
Qeyd edək ki, A. Çovdarov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. //musavat.com