Hindistanın Pradeş əyalətinin baş naziri Şivraj Sinq Çonanın polislər qucağında olan fotoşəkli yayılıb.
Türkiyə mediası xəbər verir ki, sel basmış bölgəyə səfərə gələn baş nazirin ayağı su olmasın deyə polislər onu qucağında daşıyıb. Nazirin qucaqda daşınan fotoşəkli sosial mediada birmənalı qarşılanmayıb.
Əyalət səlahiyyətliləri açıqlama verib ki, sel basmış ərazidə baş nazirin ayağı bərk cisimə dəyib. Buna görə də polislər onu qucaqlarında aparmağa qərar veriblər. Açıqlamalara baxmayaraq mediada yayılan şəklin altına, "qucaqda daşınan Çona sel bölgəni havadan araşdırır" kimi şərhlər gəlir.
Qeyd edək ki, Hindistanın bir çox bölgəsi musson yağışları nəticəsində sel fəlakəti ilə üzləşib. Bu daşqınlar zamanı 40 adam ölüb, 100 minlərlə adam evakuaisya edilib.